"Arsenal"ın yarımmüdafiəçisi 8 dəfə əməliyyat olunub FOTO

"Arsenal"ın yarımmüdafiəçisi 8 dəfə əməliyyat olunub FOTO

"Arsenal"ın yarımmüdafiəçisi Santi Kazorla karyerasını başa vurmaq təhlükəsi ilə üzləşib. SİA-nın xəbərinə görə, təcrübəli futbolçunun ayağına düşən infeskiya səbəbindən 8 dəfə əməliyyat olunduğu məlum olub. O, son dəfə 2016-cı il 19 oktyabrda keçirilən "Ludoqorets"lə oyunda meydana çıxmış və zədələnmişdi. Futbolçunun daban nahiyəsindən 8 sm-lik hissə çıxarılıb və biləyindən ora fraqment tikilib.

Kazorla bütün çətinliklərə baxmayaraq, yanvarda yaşıl meydanlara dönməyi planlaşdırır. Amma növbəti zədə onun karyerasını bitirməsini zəruri edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə