Sumo üzrə dünya çempionatında Azərbaycanın üç idmançısı mübarizə aparacaq
15-17 oktyabr tarixlərində Varşavada keçiriləcək Yeniyetmələr və gənclər arasında sumo üzrə növbəti dünya çempionatında Azərbaycan idmanının şərəfini baş məşqçi Rüfət İsmayılovun rəhbərliyi ilə üç idmançı qoruyacaqdır.
SİA-nın məlumatına görə, çempionatın medalları uğrunda yeniyetmələr arasında Avropa çempionu Namiq Sadıqov və yeniyetmələr arasında Avropa birinciliyinin gümüş mükafatçısı Əmiraslan Əhmədov mübarizə aparacaqlar. Azərbaycanın üçüncü təmsilçisi Rəşad Kazımov 85 kq çəki dərəcəsində yaşlılar arasında yarışlarda çıxış edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB