Stolüstü tennisçilərimiz təsnifat turnirində iştirak edəcəklər

Stolüstü tennisçilərimiz təsnifat turnirində iştirak edəcəklər

Noyabrın 3-5-də Xorvatiyanın Split şəhərində gənclər arasında Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçiriləcək. SİA-nın məlumatına görə, 32 oğlan və 27 qız tennisçinin qatıldığı turnirdə qalib gələn dörd idmançı 2018-ci ildə Buanes-Ayresdə keçiriləcək III Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Azərbaycanı turnirdə iki tennisçimiz təmsil edəcək. Tennisçilərimiz artıq Xorvatiyaya yola düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə