Taekvandoçumuz Avropa birinciliyinin qalibi olub - FOTOLAR

Taekvandoçumuz Avropa birinciliyinin qalibi olub - FOTOLAR

Kiprin Larnaka şəhərində keçirilən taekvando üzrə gənclər arasında Avropa birinciliyinin ilk yarış günündə yığma komandamız uğura imza atıb. SİA-nın məlumatına görə, 45 kiloqram çəki dərəcəsində mübarizə aparan Bəhruz Quluzadə rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançımız Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (qızıl xalla) təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici döyüşdə rusiyalı Dmitro Şişkoya da qalib gələn həmyerlimiz yarışın qızıl medalını qazanıb.

Qeyd edək ki, Bəhruz Quluzadə 2015-ci ildə Fransada təşkil edilən yeniyetmələr arasında Avropa birinciliyinin də qızıl mükafatına sahib olub.

Noyabrın 2-5-də keçirilən iyirmi birinci Avropa birinciliyində gənclərdən ibarət milli komandamız 18 (10 oğlan və 8 qız) taekvandoçu ilə təmsil olunur. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrinin qatıldığı yarış Larnaka şəhərinin “Kision Athletic Center” arenasında keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə