Rövnəq Abdullayev: “Qurban Qurbanovla 6 illik müqavilə imzalanacaq” - AÇIQLAMA

Rövnəq Abdullayev: “Qurban Qurbanovla 6 illik müqavilə imzalanacaq” - AÇIQLAMA

“AFFA İcraiyyə Komitəsinin iclasında yekdil qərarla Qurban Qurbanov milli komandaya baş məqşçi təyin olundu. Onu təbrik edir və uğurlar arzulayıram”. SİA-nın məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, mütəxəssis eyni zamanda, "Qarabağ" klubunun baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyətini davam etdirəcək: "İcraiyyə Komitəsinin üzvləri Qurban Qurbanovun "Qarabağ" klubunun baş məşqçisi vəzifəsində qalmasını da yekdilliklə dəstəklədilər. Əvvəlki baş məşqçilərlə adətən 2 illik müqavilə imzalayırdıq. Yeni baş məşqçi ilə 3 tsikılı əhatə edən 6 illik müqavilə imzalanacaq. Müqavilənin şərti isə Vətənə qulluq etməkdir. Millinin baza komandası "Qarabağ" olacaq. Q.Qurbanov ölkə çempionatında çıxış edən klublarla sıx işləyəcək. Bu, onun xeyrinə olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə