Qurban Qurbanov milli komandanın baş məşqçisi təyin edildi - FOTOLAR
Futbol üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin edilib. SİA-nın məlumatına görə, yığma komandamızı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çalışdıracaq. Bu barədə qərar hazırda keçirilən AFFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Belə ki, Bakı Olimpiya Stadionunda təşkil edilən iclasın gündəliyində ilk məsələ milli komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub. Bu vəzifəyə əsas namizəd isə məhz Q.Qurbanov idi.
İclasda milli komandamızın baş məşqçisi üçün ən uyğun namizədin də Q.Qurbanov olduğu bildirilib və müzakirələrdən sonra o, sözügedən vəzifəyə təyin edilib. Eyni zamanda "Qarabağ"ı da çalışdıracaq Q.Qurbanov millinin baş məşqçisi postunda işinə Robert Prosineçkinin müqaviləsi başa çatdıqdan dərhal sonra başlayacaq.
Xatırladaq ki, R.Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB