Messi 5-ci dəfə mövsümün ən yaxşı futbolçusu seçildi

“Barselona”da ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın məlumatına görə, klubun saytında yer alan xəbərdə bildirilir ki, mövsümün ən yaxşı oyunçusu Lionel Messi seçilib.

Qeyd edək ki, seçim klubun müxtəlif şöbələrinin rəhbərlərindən ibarət şura tərəfindən həyata keçirilir. Mövsümün ən yaxşı oyunçusuna Aldo Rovirin adını daşyıyan mükafat təqdim olunur.

Nəzərinizə çatdıraq ki, L.Messi artıq 5-ci dəfədir sözügedən mükafatın sahibi olur.

Bütün xəbərlər Facebook səhifəmizdə