AFFA-nın İcraiyyə Komitəsinin iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclas Bakı Olimpiya Stadionunda keçirilir.
Toplanın gündəliyinə bir neçə məsələ daxil edilib. Əsas müzakirə mövzusu Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərdir.
Qeyd edək ki, sözügedən vəzifəyə əsas namizəd "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdur. Onun bu gün millinin baş məşqçisi təyin edilməsi istisna deyil.
İclasda həmçinin Avro-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya nümayiş ediləcək.
Sonda isə digər məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB