Çempionlar Liqasında Türkiyəni layiqincə təmsil edən "Beşiktaş" "Monako" ilə son qrup matçından sonra ciddi itkilərlə üzləşib. SİA-nın məlumatına görə, "qara qartallar"ın 4 futbolçusu zədələnib. Onlar Duşko Toşiç, Gökhan Gönül, Tolqay Arslan və Atiba Hatçinsondur.
Adıçəkilən futbolçuların Türkiyə Superliqasında "Göztepe"yə qarşı oyunda meydana çıxıb-çıxmaması oyun saatında məlum olacaq. Klubun rəsmi saytı onların müalicəsinə ötən gecədən başlandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB