UEFA Avropa Liqasının qrup mərhələsnin IV turunda “Marsel” səfərdə “Gimaraynş”ın qonağı olub. SİA-nın məlumatına görə, Portuqaliyada keçirilən oyunun başlamasından öncə qalmaqal baş verib. Qonaqların müdafiəçisi Patris Evra oyundan əvvəl isinmə hərəkətləri edərkən kənarda onu təhqir edən “Marsel” azarkeşinə hücum edib. Fanatı təpiklə vuran Evra hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən “Marsel” oyuna 6 nəfər ehtiyat oyunçu ilə başlamalı olub.
Qeyd edək ki, qarşılaşmada "Gimaraynş" 1:0 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB