“Osmanlıspor”un futbolçusu Özər Hurmacı 6 ay müddətinə futboldan uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb oyunçunun keçmiş komandası “Trabzonspor”un şikayətidir. Belə ki, Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edən “qaradənizlilər” 31 yaşlı yarımmüdafiəçinin onlarla olan müqaviləsini səbəbsiz pozduğunu bildiriblər. İşi araşdıran TFF isə bu məsələdə “Trabzonspor”u haqlı qəbul edib və oyunçunu 6 ay müddətinə cəzalandırıb.
Qeyd edək ki, karyerası ərzində “Fənərbaxça”, “Kasımpaşa” və “Akhisar” kimi komandaların şərəfini qorumuş Özər Türkiyə millisində də iki oyuna çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB