Qadın həndbolçulardan ibarət “Azəryol” klubu “Çağırış Kuboku” uğrunda yarışda ilk matçını keçirəcək. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçisi noyabrın 18-də Lüksemburqun “HB Düdelanj” komandasının qonağı olacaq.
“Dudelanj” arenada keçiriləcək görüşün hakimləri yunanıstanlı Mixail Mertinian və Evangelos Sirepisios olacaq. Avropa Həndbol Federasiyasını (EHF) almaniyalı Frank Bölhoff təmsil edəcək.
Qeyd edək ki, cavab oyunu noyabrın 19-da əvvəlcədən razılaşdırıldığı kimi Lüksemburqda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB