"Qarabağ" hazırlıqlara start verib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, millinin oyunları səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq komandanın çalışdırıcısı Qurban Qurbanov futbolçulara istirahət vermişdi. Bu gün komanda bazaya yığılaraq "Simurq"la oyunun hazırlıqlarına başlayacaq. Komanda saat 16:00-da Suraxanı qəsəbə stadionunda məşqə çıxacaq. Fərqli millilərə 12 futbolçu göndərən Ağdam təmsilçisi zədəli Əfran və Ayxansız çalışmalara başlayacaq. Devran isə fərdi çalışmalara start verib.
Bu arada komanda yaranmış fasilədən yararlanmaq üçün yoxlama oyunu keçirməyi planlaşdırır. Ayın 12-də "Qarabağ" "Neftçi" ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB