Serbiya Futbol Federasiyası baş məşqçi axtarışlarını davam etdirir

Serbiya Futbol Federasiyası baş məşqçi axtarışlarını davam etdirir

Serbiya Futbol Federasiyası milli komanda üçün baş məşqçi axtarışlarını davam etdirir. SİA-nın məlumatına görə, potensial namizədlər arasında Draqan Stoykoviç (Guangzhou Fuli) və Vladimir Vayssın (Gürcüstan millisi) adı qeyd olunur. Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin də adı namizədlər sırasındadır.

Qeyd edək ki, Serbiya millisi Slabolyub Muslinin rəhbərliyi altında 2018-ci il dünya çempionatına vəsiqə qazanmışdı. 2016-cı ildən millini çalışdıran təcrübəli mütəxəsis bir müddət öncə tutduğu postdan azad edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə