"Real"ın kapitanı Serxio Ramos "Tottenhem"lə oyundan sonra (1:3) fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, təcrübəli müdafiəçi tezliklə hər şeyin qaydasında olacağını deyib: "Son nəticələr azarkeşlərimizi məyus edib. Amma "Real" həmişə özünə gəlib. Təcrübəmdən bilirəm ki, bir neçə oyun uduzan kimi böhran barədə söz-söhbət başlayır. Soyuqqanlı və sakit olmaq lazımdır. Mübarizə apardığımız istənilən turnirdə çempionluq yarışındayıq. Tezliklə "Real"da işlərin qaydasına düşəcəyinə şübhə etməməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB