Bakı şəhər məktəbliləri arasında XXIII spartakidanın təntənəli açılış mərasimi keçiriləcək

Bakı şəhər məktəbliləri arasında XXIII spartakidanın təntənəli açılış mərasimi keçiriləcək
Sabah Xətai rayonu 59 saylı məktəbin akt zalında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXIII spartakidanın təntənəli açılış mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə Baş İdarə və Bakı şəhər Təhsil İdarəsi ilə birgə təsdiq olunmuş əsasnaməyə müvafiq olaraq 2009-2010-cu tədris ili müddətində Bakı şəhər məktəbliləri arasında keçirilmiş XXII spartakidanın yekunları haqqında hesabat oxunacaq. Yekun nəticələrə görə I, II, III yerləri tutmuş Rayon Gənclər və İdman İdarələrinə kuboklar, müvafiq dərəcəli diplomlar, həmçinin spartakiadanın proqramına daxil olmuş idman növləri üzrə I yeri tutmuş rayon məktəb komandalarının müəllimlərinə xatirə hədiyyərləri veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə