Avropa çempionatının ilkin seçmə mərhələsinə hazırlıq məqsədilə İspaniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün "Kadiz" klubunun U-19 komandası ilə yoldaşlıq oyunu keçirəcək. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Xatırladaq ki, Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamızın mübarizə aparacağı 3-cü qrupun oyunları oktyabrın 11-dən 16-dək Portuqaliyada təşkil olunacaq. Bu mərhələdə komandamız Portuqaliya, Yunanıstan və Gürcüstan yığmaları ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB