“Renault” üçün bərbad həftəsonu - “Qəbuledilməz vəziyyətdir”

“Renault” üçün bərbad həftəsonu - “Qəbuledilməz vəziyyətdir”

Formula 1 üzrə Meksika Qran Prisində olduqca yaxşı yarışmasına baxmayaraq “Renalut” komandası motordakı problemlərə görə bərbad həftəsonu yaşamışdı. SİA-nın məlumatına görə, komandanın hər iki pilotu yarışdan kənar qalmışdı. “Renault” motorundan istifadə edən “Toro Rosso”nun sürücüsü Brendon Hartli və “Red Bull”un pilotu Daniel Rikkardo da yarışı yarıda başa vurmalı olmuşdu.

Ümumilikdə Meksika Qran Prisində “Renault” motorundan istifadə edən 6 pilotdan 4-ü yarışla ekən vidalaşmışdı. Ancaq bütün bunlara baxmayaraq, “Red Bull”un pilotu Maks Ferstappen sözügedən motorla birinciliyi əldə etmişdi.

“Reault”un sürücüsü Niko Hülkenberq bu il komandasının dayanıqlılıq problemləri yaşamsının qəbul edilməz olduğunu bildirib. Alman pilot yarışı dayandırmasına görə məyusluğunu gizlətməyib: “Belə bir problem yaşanmamalıdır. Bu, qəbuledilməz vəziyyətdir. Lazım olduğu qədər yaxşı deyilik. Hər kəs çox əsəbidir. Gələn il bütün bu problemləri həll etməliyik. Əks təqdirdə ən sürətli maşına sahib olsaq da işə yaramayacaq”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə