Oktyabrın 9-10-da Qroznıda sərbəst güləş üzrə "Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Kuboku və Adlan Varayev mükafatı uğrunda" II beynəlxalq turnir keçiriləcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yığma komandamız da məşqçilər Aslan Ağayev və Elman Əsgərovun başçılığı altında turnirdə iştirak edəcəklər. Heyətdə Elçin Həsənov (55 kq), Cəlal Süleymanov (60 kq), Emin Əzizov (66 kq), Aqil Quliyev, Əşrəf Əliyev (hər ikisi 74 kq), Hacı Əlicanov (84 kq), Aslanbek Alborov (96 kq) və Əli İsayev (120 kq) yer alıb. Həmçinin, beynəlxalq dərəcəli hakim Fərəqət Cəlalov görüşlərin idarə edilməsində iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB