"Qarabağ" UEFA reytinqində 65-ci pilləyə yüksəldi

"Qarabağ" UEFA reytinqində 65-ci pilləyə yüksəldi

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun ilk oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, adıçəkilən turnirdə mübarizə aparan “Qarabağ”ın Madriddən heç-heçə (1:1) ilə dönməsi ağdamlıların aktivinə 1 xal əlavə edib.

“Qarabağ”ın aktivində hazırda 20,500 xal var. Ağdam klubu bu nəticədən sonra 1 pillə irəliləyərək 65-ci yerə yüksəlib. Qurban Qurbanovun yetirmələri bu pilləyə Sloveniya “Maribor”u ilə şərikdir.

Maraq üçün bildirək ki, 64-cü pillədə İtaliyanın "Milan" klubu qərarlaşıb

Təmsilçimizi evdə uda bilməyən “Atletiko” isə 1 pillə geriləyib. Madridlilər 2-ci yeri “Bavariya”ya təhvil veriblər. “Atlılar”ın ÇL-dəki rəqiblərindən “Çelsi” 15, “Roma” isə 28-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya Madridin “Real” komandası başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə