Rahim Sterlinq: "Özümü aparmağı öyrənmişəm" AÇIQLAMA

Rahim Sterlinq: "Özümü aparmağı öyrənmişəm" AÇIQLAMA

"Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq UEFA-nın saytına açıqlama verib. SİA-nın məlumatına görə, ingilis oyunçu uşaq yaşlarında futbola emosional şəkildə bağlı olduğunu qeyd edib: "Mən dəyişdim. Uşaqlıqdakı kimi davransam, hər oyunda qırmızı vərəqə alaram. Yaşım az olanda hakimlərə daş atıb meydandan qaçardım, məni diskvalifikasiya edərdilər. İş futbola gələndə çox əsəbi, emosional oğlan olurdum. İndi özümü aparmağı öyrənmişəm. Anam həmişə məni ruhlandırmaq istəyir. Amma bəzən oyunlardan sonra bunun həddini aşır. O, həqiqətən futbolçu ola biləcəyini düşünür".

Bütün xəbərlər Facebook səhifəmizdə