“Roma”nın baş məşqçisi: “Qarabağ” bizə də problem yaratmışdı" AÇIQLAMA

“Roma”nın baş məşqçisi: “Qarabağ” bizə də problem yaratmışdı" AÇIQLAMA

“Biz də “Qarabağ”la bir dəfə qarşılaşmışıq. Çətin səfər oyunundan üzüağ çıxmışıq”. SİA-nın məlumatına görə, bu sözləri Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Roma”nın baş məşqçisi Eysebio di Françesko deyib.

“Çelsi” ilə qarşılaşmadan (3:0) sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın səfərdə “Atletiko”dan xal almasına münasibət bildirən italiyalı mütəxəssis Ağdam təmsilçisi ilə oyunun onlar üçün də çətin keçdiyini qeyd edib: “Etiraf edirəm ki, “Qarabağ” hər kəsə olduğu kimi, bizə də problem yaratmışdı. Avrokuboklarda heç vaxt asan qələbə olmur. Bütün oyunlara ciddi yanaşmaq məcburiyyətindəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə