Bu gün ÇL-də IV turun növbəti görüşləri keçiriləcək

Bu gün ÇL-də IV turun növbəti görüşləri keçiriləcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun növbəti görüşləri keçiriləcək. SİA-nın məlumatına görə, ikinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan kollektivlər üz-üzə gələcəklər.

“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Monako”nu qəbul edəcək. Bu görüşdə heç-heçə belə İstanbul təmsilçisinin növbəti mərhələyə vəsiqə qazanmasını təmin edəcək.

Turun maraqla gözlənilən görüşlərindən biridə “H” qrupunda “Tottenhem” və “Real Madrid” klubları arasında olacaq.

Gün ərzində keçiriləcək qarşılaşmalar aşağıdakılardır:

“E” qrupu

“Sevilya” (İspaniya) – “Spartak” (Rusiya)

“Liverpul” (İngiltərə) – “Maribor” (Sloveniya)

“F” qrupu

“Napoli” (İtaliya) – “Mançester Siti” (İngiltərə)

“Şaxtyor” (Ukrayna) – “Feyenoord” (Hollandiya)

“G” qrupu

“Beşiktaş” (Türkiyə) – “Monako” (Fransa)

“Portu” (Portuqaliya) – “Leyptsiq” (Almaniya)

“H” qrupu

“Tottenhem” (İngiltərə) – “Real Madrid” (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya) - APOEL (Kipr).

Bütün xəbərlər Facebook səhifəmizdə