Romada "Çelsi" azarkeşlərinə hücum olub

Romada "Çelsi" azarkeşlərinə hücum olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri olan "Çelsi" və "Roma" azarkeşləri arasında insident yaşanıb. "Football İtalia" nəşrinin yazdığına görə, Romada barlardan birində dincələn "Çelsi" azarkeşlərinə rəqib komandanın bəzi fanatları tərəfindən hücum olub. Bu zaman İngiltərə klubunun bir neçə azarkeşli zədə alıb. Amma onlaran heç bir ciddi zərər çəkməyib. Hadisə nəticəsində iki "Roma" azarkeşi saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə