FIFA futbol üzrə klublararası dünya çempionatını 24 komandayadək genişləndirmək fikrindədir. FIFA nümayəndəsi Reinhart Qrindel klublararası dünya çempionatında aparılacaq islahatlardan danışarkən deyib: “2021-ci ildən bu turnirə 24 komandanın qatılacağı gözlənilir. Mundial iyunda başlayacaq və 18 gün davam edəcək. Komandalar üç qrupa bölünəcək və hər qrupda səkkiz klub yer alacaq”.
Qeyd edək ki, hazırda klublararası dünya çempionatı hər il dekabrda keçirilir və qitə turnirlərinin altı qalibini əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB