Türkiyə mətbuatında "Qalatasaray"ın kapitanı Selçuk İnanın dünyanın tanınmış şirkətlərindən olan "Samsung"u məhkəməyə verəcəyi iddia olunur. SİA-nın məlumatına görə, futbolçu ölkəsində "S8" adının bütün hüquqlarının rəsmi şəkildə ona məxus olduğunu deyib. Qeyd olunanları S.İnanın vəkili Rezan Epözdemir də təsdiqləyib.
Yerli mediaya açıqlama verən futbolçu bildirib ki, sözügedən şirkət rəsmiləri ilə əlaqə saxlayıb, Türkiyədə 7 il öncə bu adı qeydiyyatdan keçirdiyini deyib. Ancaq o, hazırda buna görə məhkəməyə müraciət etmək fikrində olmadığını vurğulayıb.
Qeyd edək ki, “Samsung” yeni telefonunu Türkiyədə “S8” markası ilə reklam edə bilməsi üçün ya futbolçu ilə razılığa gəlməli, ya da bu adın istifadə hüquqlarını almalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB