Türkiyə Həvəskarlar Liqasında xoşagəlməz hadisə baş verib. SİA-nın məlumatına görə, Elazığ 1-ci Liqasında baş tutan "Yünlüce Gençlikspor" - "Sivilcespor" qarşılaşmasında qonaq komandanın prezidenti Ahmet Yetik futbolçusunu meydanın kənarına çağıraraq döyüb. Qarşılaşmanın baş hakimi klub rəhbərini tribunaya göndərib.
Ahmet Yetik hadisə ilə bağlı "Əsəblərimə hakim ola bilmədiyim bir epizodda futbolçuma təpik vurdum. Elədiyim hərəkətə görə çox üzgünəm",- deyə fikrini bildirib.
Qeyd edək ki, "Yünlüce Gençlikspor" - "Sivilcespor" oyunu 5:4 hesabı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB