Kərim Diniyevin zədəsinin ciddi olduğu müəyyənləşib

Kərim Diniyevin zədəsinin ciddi olduğu müəyyənləşib

Topaz Premyer Liqasının 10-cu turunda “Keşlə” ilə səfər oyununda zədələnərək əvəzlənən "Kəpəz"in futbolçusu Kərim Diniyevin vəziyyətinə aydınlıq gəlib. SİA-nın məlumatına görə, MRT müayinəsindən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib.

O, təxminən 20-25 gün məşq edə bilməyəcək. KDiniyevin sağ dizi burxulub. Bundan əlavə menisküsda ikinci dərəcəli degenerasiya və ön çarpaz bağda birinci dərəcəli gərilmə olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə