“Fənərbaxça” - “Kayserispor” matçında 6 qol

“Fənərbaxça” - “Kayserispor” matçında 6 qol

Türkiyə Superliqasında 10-cu tura yekun vurulub. SİA-nın məlumatına görə, son oyun günündə bir görüş keçirilib.

“Fənərbaxça” öz meydanında “Kayserispor”u qəbul edib. Oyunda qapılara 6 qol vurulsa da, qalib məyyənləşməyib- 3:3.

“Fənərbaxça” - “Kayserispor” 3:3

Qollar: Bulut, 41 (0:1), Tufan, 45 (1:1), Neustadter, 50 (2:1), Souza, 62 (3:1), Neto, 68 (3:2), Gyan, 90+5 (3:3)

Qeyd edək ki, turnir cədvəlinə 23 xalla “Qalatasaray” başçılıq edir. “Başakşəhər” 20 xalla 2-ci, “Beşiktaş” 18 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə