Ronaldo açıqladı: “Əlbəttə, ən yaxşı mənəm”

Ronaldo açıqladı: “Əlbəttə, ən yaxşı mənəm”

Madrid “Real”ının və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo yenə maraqlı açıqlama ilə diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı oyunçu sosial şəbəkədə canlı yayım zamanı azarkeşlərlə ünsiyyətdə bu sözləri işlədib. Yayımı izləyən fanatlardan biri ona “Ronaldo, ən yaxşı sənsən” yazıb. O isə cavabında “Əlbəttə mən ən yaxşıyam, inanmırsız, baxın, “Qızıl top”u kim qazanıb?” deyib.

Qeyd edək ki, 2017-ci ilin yekunlarına əsasən FİFA “Qızıl top” mükafatını Kristiano Ronaldo qazanıb. O, Lionel Messi və Neymarı qabaqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə