“Verder” baş məşqçisi ilə yollarını ayırıb

“Verder” baş məşqçisi ilə yollarını ayırıb

Almaniyanın “Verder” klubu baş məşqçisi Aleksandr Nouri ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Verder”i qarşıdakı oyuna klubun U-23 komandasının baş məşqçisi Florian Kohfeldtin çıxaracağı bildirilib.

Bu mövsüm Bundesliqada qələbəyə həsrət qalan “Verder” 5 xalla 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Nouri 2016-cı ildən "Verder"i çalışdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə