MOK-un vitse-prezidenti Çexiyaya gedəcək

MOK-un vitse-prezidenti Çexiyaya gedəcək

Oktyabrın 31-i noyabrın 4-ü tarixində Çexiyanın Praqa şəhərində Milli Olimpiya Komitələrinin Assosiyasiyasının 22-ci Baş Assambleyası keçiriləcək. Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov iştirak edəcəkdir.

Bu barədə SİA-ya MOK-un mətbuat xidmətindən məlumat verilib.

Tədbir çərçivəsində adı çəkilən təşkilatın Gənclər, Beynəlxalq Əlaqələr, Atletlər və Marketinq Komissiyası iclası, həmçinin təşkilatın İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulur. Milli Olimpiya Komitələrinin Assosiyasiyası 206 Olimpiya Komitələrini birləşdirən qurumdur. Hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərlə yanaşı Mükafatlandırma mərasimi keçirilir. Burada Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıları seçilir.

Xatırladaq ki, növbəti Milli Olimpiya Komitələrinin Assosiyasiyasınn 23-ci Baş Assambleyasının baş tutacağı ölkənin adı da açıqlanacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə