"Keşlə"yə baş məşqçi təyin olunub

"Keşlə"yə baş məşqçi təyin olunub

Ramiz Məmmədovun "Keşlə"yə baş məşqçi təyinatı rəsmiləşib. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Klub rəhbərliyinin qərarına əsasən, əvəzedici heyət üzrə koordinator R.Məmmədov qış fasiləsinədək baş məşqçi vəzifəsini icra edəcək. O, bu vəzifədə istefaya göndərilən Zaur Svanadzeni əvəzləyib.

Qeyd edək ki, R.Məmmədov bundan əvvəl "Qəbələ" və Qazaxıstanın "Atırau" klublarını çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə