Mikayıl Nərimanoğlu “Kəpəz”in Müşahidə Şurasından geri çağrılıb

Mikayıl Nərimanoğlu “Kəpəz”in Müşahidə Şurasından geri çağrılıb

“Kəpəz”in Müşahidə Şurasının heyətində dəyişiklik edilib. SİA-nın məlumatına görə, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu şuradan ayrılıb.

"Kəpəz”də uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə AFFA klubdakı nümayəndəsini geri çağırıb.

Gəncə təmsilçisinin Müşahidə Şurasına AFFA tərəfindən təyin olunacaq nümayəndə yaxında bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə