F1 Meksika Qran Prisi: Həmilton 4-cü dəfə dünya çempionluğunu rəsmiləşdirdi - ŞƏRH
2017-ci il Formula 1 çempionatının 18-ci yarışı olan Meksika Qran Prisində “Red Bull” komandasının pilotu Maks Ferstappen bütün sürücüləri qabaqlamağı bacarıb. SİA-nın məlumatına görə, “Mercedes”in pilotu Lyuis Həmilton üçün isə, Qran Prini 9-cu sırada bitirmək 2017-ci ilin dünya çempionu olmasına bəs edib.
Yarışa 2-ci sıradan başlayan M.Ferstappen “Ferrari”nin pilotu Sebastyan Fetteli keçmək üçün həmlə edib və mövqeləri qarışdırıb. Bu zaman S.Fettel M.Ferstappenin, sonra isə onu keçən L.Həmiltonun bolidi ilə toqquşub. S.Fettelin maşının ön qanadı zədələnib, L.Həmiltonun bolidinin isə təkəri partlayıb. Hər iki pilot pitə erkən getmək məcburiyyətində qalıb. Burada qazanan tərəf isə M.Ferstappen olub. O, bununla da yarışda liderliyə yüksəlib. Pilot sona qədər yerini qorumağı bacarıb və damalı bayrağı ilk görən sürücü olub. O, bu il ikinci, karyerasında isə üçüncü F1 zəfərini yaşayıb.
“Mercedes”in finlandiyalı pilotu Valtteri Bottas isə Qran Prini ikinci sırada tamamlayıb. Onun ən yaxın izləyicisi “Ferrari”nin sürücüsü Kimi Rəykkönen olub. K.Rəykkönen pit stopa gec getmək strategiyası ilə podyuma çıxmağı bacarıb.
Qeyd edək ki, Ferstappen Bottası cəmi 20 sm məsafə keçərək birinciliyi əldə edib.
Qran Prinin əvvəlində baş verən qəzaya görə ikinci turda pitə getmək məcburiyyətində qalan Fettel çox yaxşı yarışaraq dördüncü yerə qədər yüksəlib. Bu nəticə isə ona çempionluq şansının davam etməsinə kömək olmayıb.
.jpg)
“Force İndia” komandasının pilotu Esteban Okon yarışın əvvəlində üçüncü sıraya qədər yüksələ bilsə də, “Ferrari”nin pilotlarına uduzub və beşinci olub. Onu “Williams”ın sürücüsü Ləns Stroll və komanda yoldaşı Serxio Peres izləyib.
“Haas” komandasının pilotu Kevin Maqnussen yarışın sonlarına yaxın “McLaren”in sürücüsü Fernando Alonsonun təzyiqinə məruz qalsa da, yerini qoruyub və səkkizinci sırada qərarlaşıb.
Doqquzuncu yerin sahibi isə L.Həmilton olub. Yarışda son xalı F.Alonso qazanıb. O, 10-cu yerlə kifayətlənib. İki çempion arasında çox maraqlı mücadilə yaşanıb.
Motor və əyləc sisteminin olduqca çətinlik çəkdiyi Meksikada “Renault” motorları olan maşınlar daha çox problem yaşayıblar. Buna görə sözügedən motorlardan istifadə edən 6 pilotdan 4-ü - Karlos Sayns (“Toro Rosso”), Brendon Hartli (“Toro Rosso”), Niko Hülkenberq (“Renault”) və Daniel Rikkardo (“Red Bull”) yarışla erkən vidalaşıblar. Adıçəkilən sürücülər kimi, Paskal Verlyayn da (“Sauber”) motordakı problemə görə yarışı tamamlaya bilməyib.
.jpg)
Mövsümün 18-ci yarışında “Mercedes”in 32 yaşlı pilotu L.Həmilton karyerasında dördüncü dəfə dünya çempionluğunu elan edib.
Qeyd edək ki, ötən yarışda - ABŞ Qran Prisində isə “Mercedes” Mühəndislər Kubokunda ardıcıl 4-cü dünya çempionluğunu rəsmiləşdirmişdi.
Mövsümün 19-cu yarışı isə noyabrın 12-də Braziliyada keçiriləcək.
Meksika Qran Prisinin nəticələri:
| Yer | Pilot | Komanda | Fərq | Xal |
|---|---|---|---|---|
| 01 | M. Verstappen |
71 tur | 25 | |
| 02 | V. Bottas |
+19.6 | 18 | |
| 03 | K. Räikkönen |
+54.0 | 15 | |
| 04 | S. Vettel |
+70.0 | 12 | |
| 05 | E. Ocon |
+1 tur | 10 | |
| 06 | L. Stroll |
+1 tur | 8 | |
| 07 | S. Pérez |
+1 tur | 6 | |
| 08 | K. Magnussen |
+1 tur | 4 | |
| 09 | L. Hamilton |
+1 tur | 2 | |
| 10 | F. Alonso |
+1 tur | 1 | |
| 11 | F. Massa |
+1 tur | ||
| 12 | S. Vandoorne |
+1 tur | ||
| 13 | P. Gasly |
+1 tur | ||
| 14 | P. Wehrlein |
+2 tur | ||
| 15 | R. Grosjean |
+2 tur | ||
C. Sainz |
Yarış dışı | |||
M. Ericsson |
Yarış dışı | |||
B. Hartley |
Yarış dışı | |||
N. Hülkenberg |
Yarış dışı | |||
D. Ricciardo |
Yarış dışı |
Bütün xəbərlər Facebook səhifəmizdə
M. Verstappen
V. Bottas
K. Räikkönen
S. Vettel
E. Ocon
L. Stroll
S. Pérez
K. Magnussen
L. Hamilton
F. Alonso
F. Massa
S. Vandoorne
R. Grosjean
M. Ericsson
B. Hartley
N. Hülkenberg
D. Ricciardo




USD
EUR
GBP
RUB