Türkiyənin "Kayserispor" klubu Super Liqa çərçivəsində "Sivasspor"un ardınca öz meydanında qəbul edəcəyi "Beşiktaş"dan meydan və azarkeş amilindən istifadə edərək 3 xal almağı hədəfləyir. SİA-nın məlumatına görə, bu matça hazırlaşan Kayseri təmsilçisi öz bazasında təlim-məşq toplantısı keçirir. Uruqvaylı forvard Zaleyata heyətdən ayrı hazırlaşır. Baş məşqçi Şota Arveladze isə zədəli oyunçuları yavaş-yavaş komandaya uyğunlaşdırmağa çalışır.
Bu arada komandanın təlimləri yüksək əhval-ruhiyyədə keçir. Son məşqdə baş məşqçi Ş.Arveladze ulduz futbolçu Ronaldinyonun hazırlıq prosesində istifadə etdiyi hərəkətləri təkrarlayıb. Belə ki, mütəxəssis uzaqdan topu çərçivəyə qapı dirəyinə dəyərək salmaq qərarına gəlib və buna nail olub. Etdiyi hərəkətlərə görə bütün heyət baş məşqçini alqışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB