“Qarabağ” – “Atletiko” matçını almanlara həvalə etdilər

“Qarabağ” – “Atletiko” matçını almanlara həvalə etdilər

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Atletiko" matçının hakimləri müəyyənləşib.

SİA-nın məlumatına görə, UEFA Madriddə baş tutacaq qarşılaşma üçün almaniyalı hakimləri təyin edib.

Görüşün baş hakimi Deniz Aytekin olacaq. Referiyə yan xəttə Quide Kleve və Markus Heker yardımçı olacaqlar.

Əlavə köməkçi hakim funksiyasını Daniel Sibert və Benjamin Nrand yerinə yetirəcəklər. Matçın ehtiyat hakimi isə Eduard Beytinqer olacaq.

Qeyd edək ki, "Atletiko" – "Qarabağ" oyunu oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə