“Qəbələ”nin yarımmüdafiəçisi Elvin Məmmədov Topaz Premyer Liqanın 10-cu turunda səfərdə "Zirə"yə uduzduqları oyundan (1:2) sonra Qol.az saytına müsahibə verib. O, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:
- Çətin qarşılaşma oldu. Birinci hissədə “Zirə” daha yaxşı oynadı. 10 nəfər qaldıqdan sonra oyunumuzda sınma oldu. İkinci hissədə isə biz üstünlüyü ələ aldıq. Məğlub olduq. Qarşıdakı oyuna baxmaq lazımdı.
- Hakimliklə bağlı nə deyə bilərsən?
- Mən bu barədə heç nə demək istəmirəm. Çünki danışdıqca söhbət uzanacaq. Hər adam kimi, hakim də səhv edə bilər. Hakimlərə nəzarət edən qurumlar var, lazım gəlsə, onlar nəsə danışa bilərlər.
- “Qəbələ”nin məğlubiyətini sırf Fariz Yusifovun idarəçiliyi ilə əlaqələndirmək olarmı?
- Düşünürəm ki, yox. Düzdü, bəzi epizodlarda oyuna təsir edən qərarlar oldu. Amma dediyim kimi, hakimin üstünə getmək lazım deyil. İnsandı, səhv edə bilər. Bu da normal bir şeydi.
- Cavid Hüseynovun qırmızı vərəqə gördüyü epizodla bağlı nə düşünürsən?
- Məncə, orda “qırmızı” var idi.
- Bəs Təmkin Xəlilzadənin epzidou?
- Orda da var idi.
- Səncə, niyə hakim Cavidə qırmızı vərəqə göstərdi, amma Təmkini bağışladı?
- Bilmirəm. Yenə deyirəm, qurumlar var ki, onlar həmin qərarları analiz edib cavab verməlidirlər. Çünki biz desək, boş-boşuna danışmış olarıq. Bununla aidiyyatı qurumlar məşğul olmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB