Yaponlar Lionel Messiyə görə Argentina millisinə 200 min dollar ödəyəcək
Yoxlama oyun üçün Yaponiyaya yollanan Argentina milli komandası dünyada ilin futbolçusu seçilmiş Lionel Messini də ora apardığına görə yaponlardan əlavə 200 min dollar pul qazanıb. SİA-nın məlumatına görə, sözügedən ölkənin Saitama şəhərində cümə günü oyuna çıxacaq Argentina millisini aparan təyyarə artıq Tokio hava limanına enib. Hava limanında azarkeşlərə imza paylayan Messininin zədəli olduğunu və matçda oynayıb-oynamayacağının sual altında olduğunu bildirilib. Yaponiya mediasında isə Messinin qarşılaşmada forma geyinməsə belə Argentina millisinin heyətində yer alarsa, Yaponiya tərəfinin komandaya 200 min dollar ödəyəcəyi bildiririlir.
Qeyd edək ki, 23 yaşlı Messini "Barselona" və Argentina milli komandasının uzaq şərqdə keçirdiyi hazırlıq matçlarında oynaması bilet satışlarını bir neçə dəfə artırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB