“Liverpul” klubu satıldı
Premyer Liqada ağır günlər keçirən "Liverpul" klubu satılıb. SİA-nın məlumatına görə, klub rəsmiləri açıqlama verərək bildiriblər ki, rəhbərlik "Liverpul"u "New England Sports Ventures" (NESV) şirkətinə satıb. " Liverpul"un prezidenti Martin Brouton isə mediaya satışı uğurla başa çatdırdığına görə sevindiyini deyib. O, bu anlaşmanın borc yükünün aradan qaldırılmasına bərabər olduğunu və bunun komandaya kapital qoyuluşu üçün imkanlar yaratdığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə