“Zirə” “Qəbələ”ni məğlub edib

“Zirə” “Qəbələ”ni məğlub edib

Bu gün futbol üzrə Topaz Premyer Liqasında X turunun ikinci gününün sonuncu qarşılaşmasında “Zirə” klubu doğma meydanda “Qəbələ”ni qəbul edib. Baş hakim Fariz Yusifovun idarə etdiyi görüşdə ev sahibləri 2:1 hesabı ilə qalib gəliblər. Görüşdə hesabı 18-ci dəqiqədə ev sahibləri açıblar. Milan Duriç 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Zirə”ni hesabda önə çıxarıb. Qarşılaşmanın 38-ci dəqiqəsində “Zirə” ikinci topu qonaqların qapısından keçirib. Sadio Tounkara adını taploya yazdırıb.

Matçın ikinci hissində “Qəbələ” buraxılan qollardan birinin əvəzini çıxıb. Oyunun 71-ci dəqiqəsində Famussa Konne fərqlənib. Beləliklə, görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə