Stend atıcılığı üzrə Azərbaycan çempionatı başlayıb

Stend atıcılığı üzrə Azərbaycan çempionatı başlayıb

Oktyabrın 28-də Novxanı Atıcılıq Mərkəzində stend atıcılığının kompakt-sportinq növü üzrə Azərbaycan çempionatı başlayıb. SİA xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən ikigünlük çempionatda 30-dək idmançı birincilik uğrunda mübarizə aparır.

Milli komandanın və yığmaya cəlb olunan yeni atıcıların qatıldığı çempionat Dünya Atıcılıq və Ovçuluq Federasiyasının qaydaları əsasında təşkil olunub.

Mükafatçılar 200 hədəfə atışlardan sonra bəlli olacaq. Yarışın ilk günü atıcılar 100 hədəfi nişan alacaqlar. Sonda toplanacaq xallara əsasən mükafatçılar müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə