Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la səfər oyunu üçün "Çelsi" fanatlarına bilet ayrılıb. SİA-nın məlumatına görə, biletlər 2-10 noyabrda satışda olacaq. Qiymət isə 4.5 funt sterlinq (10 manat) müəyyənləşdirilib. Biletlərin sayı 3664 ədəddir.
Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB