Rusiyalı baş məşqçi: “Bakıda əla infrastruktur mövcuddur” - AÇIQLAMA
“Komandamız Bakıya oktyabrın 23-də gəlib. 2018-ci ildə təşkil olunacaq dünya çempionatından öncə BMX trasını sınaqdan keçirmək üçün Dünya Sınaq Yarışına qatılmışıq”. Bunu SİA-ya açıqlamasında Rusiyanın BMX üzrə yığma komandasının baş məşqçisi Pavel Kostyukov deyib.
O, Bakıdakı təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb: “Biz I Avropa Oyunlarında da Bakıya gəlmişdik. Burada təşkilatçılıq yüksək səviyyədədir. Bizi çox qonaqpərvərliklə qəbul etdilər. Burada insanlar dostluq şəraitində yaşayırlar. Yarışda əla atmosfer var. Bakıda əla infrastruktur mövcuddur. BMX trası isə yüksək səviyyədədir”.
Baş məşqçi Dünya Sınaq Yarışında güclü idmançıların iştirak etdiyini bildirib: “Burada Fransa, Almaniya, İtaliya komandaları kimi güclü rəqiblərimiz var. Yarışda gərgin mübarizə olacaq. Biz yüksək yerlər uğurunda mübarizə aparırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB