Pərviz Musayev: “Azərbaycanda BMX üzrə komanda yaradılıb” - AÇIQLAMA

Pərviz Musayev: “Azərbaycanda BMX üzrə komanda yaradılıb” - AÇIQLAMA

“Artıq Azərbaycanda velosiped idmanının BMX növü üzrə komanda yaradılıb. Komandamız hazırda məşqlərini davam etdirir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev deyib.

Onun sözlərinə görə, idmançılarımız 2018-ci il iyun ayının 5-9-da Bakıda keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar: “Düzdür, velosipedçilərimiz bu gün keçirilən Dünya Sınaq Yarışında iştirak etmirlər, ancaq onlar paytaxımızda təşkil ediləcək dünya çempionatında yarışacaqlar. İdmançılarımız dünya çempionatına qədər artıq hazır vəziyyətdə olacaqlar. Onlardan hələ ki, yüksək nailiyyət gözləmək düzgün olmaz. Çünki bu idman növü Azərbaycan üçün gəncdir və komandamız yeni formalaşıb. Ancaq dünya çempiontı idmançılarımız üçün böyük təcrübə olacaq”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə