“Qarabağ” “Səbail”i məğlub etdi

“Qarabağ” “Səbail”i məğlub etdi

Oktyabrın 27-də futbol üzrə Topaz Premyer Liqasında X tura start verilib. İlk oyun günündə lider Ağdamın “Qarabağ” komandası doğma meydanda paytaxtın “Səbail” klubunu qəbul edib. “Azərsun Arena”da keçirilən matçda Ağdam komandası 1:0 hesabı ilə qalib gəlib. Rəvan Həmzəzadənin idarə etdiyi oyunda yeganə qolu 90-cı dəqiqədə Əfran İsmayılov paytaxt təmsilçisinin qapısından keçirib.

Bu qələbədən sonra aktivindəki xallarının sayını 22-ə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmlədib. “Səbail” klubu isə doqquz xalla altıncı pillədədir.

Qeyd edək ki, turun ikinci günündə “Kəpəz” komandası “İnter”in qonağı olacaq. Görüş “İnter Arena”da keçiriləcək. Günün növbəti oyununda “Zirə” və “Qəbələ” klubları Zirə Olimpiya İdman Kompleksində qarşılaşacaqlar.

Turun sonuncu matçı oktyabrın 29-da “Bakcell Arena”da “Neftçi” və “Sumqayıt” komandaları arasında oynanılacaq.

N Klublar O Q H M T-F X
1 Qarabağ 9 7 1 1 15-4 22
2 Qəbələ 9 6 1 2 12-8 19
3 Zirə 9 5 3 1 16-7 18
4 Sumqayıt 9 4 1 4 10-12 13
5 Neftçi 9 3 1 5 10-9 10
6 Səbail 9 3 0 6 5:13 9
7 İnter 9 2 2 5 7:12 8
8 Kəpəz 9 1 1 7 5-15 4

Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Təmkin Xəlilzadə, ("Zirə") - 4 qol, Riçard Qadze ("Zirə") - 4 qol

Bütün xəbərlər Facebook səhifəmizdə