“Atletiko” “Qarabağ”la heç-heçə etməklə işini çox çətinləşdirdi" AÇIQLAMA
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi”nin müdafiəçisi Markos Alonso qitənin ən nüfuzlu klub turnirindəki şansları barədə danışıb. SİA-nın məlumatına görə, ispaniyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında “Atletiko”nun Bakıda “Qarabağ”la oyununa da toxunub. O, madridlilərin bu nəticə ilə işlərini çətinə saldıqlarını deyib: “Birinci olmaq gözəldir. Son illər uğurlu nəticələr qazanan “Atletiko” ilə səfər oyununda yaxşı təsir bağışladıq. Bu oyunumuz mövsümün qalan hissəsində bizə nümunə olmalıdır. “Atletiko” “Qarabağ”la heç-heçə etməklə işini çox çətinləşdirdi. Bu komandaya qarşı sevgim var. Ancaq hazırda düşündüyüm tək şey, “Roma”nı məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanmaqdır”.
Qeyd edək ki, hazırda “Çelsi” 7 xalla liderdir. “Atletiko” isə 2 xalla 3-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB