Neymarı cəzalandırılıb

Fransa Peşəkar Futbol Liqası PSJ-nin futbolçusu Neymarı cəzalandırıb. SİA-nın məlumatına görə, "Marsel"lə matçda qırmızı vərəqə alan ulduz futbolçu 2 oyunluq cəza alıb. O, PSJ-nin "Nitsa"ya qarşı keçirəcəyi oyunda çıxış etməyəcək.

Hücumçuya verilmiş 2 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilib və ona 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə