Arda Turan yayda transferə çıxarılacaq

Arda Turan yayda transferə çıxarılacaq

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku yığma komandanın və "Barselona"nın yarımmüdafiəçisi Arda Turan haqda açıqlama verib. SİA-nın məlumatına görə, rumın mütəxəssis "Barselona"nın baş məşqçisi Ernesto Valverde ilə əlaqə yaratdığını və Ardanın yayda transfer ediləcəyini bildirib: "Valverde ilə danışdım. Rəhbərlik ona Arda Turanın yayda transferə çıxarılacağını bildirib. Arda çətin günlər keçirdi. "Monako", "Arsenal", "Qalatasaray"la adı hallandı, lakin keçidi baş tutmadı. Daha çox oynamağa ehtiyacı var".

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "Barselona"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə