Bu gün TPL-də 10-cu tura start veriləcək

Bu gün TPL-də 10-cu tura start veriləcək

Bu gün Topaz Premyer Liqasında 10-cu tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə yalnız 1 qarşılaşma keçiriləcək. “Qarabağ” öz meydanında debütant “Səbail”i qəbul edəcək. İlk dövrədəki oyun təxirə salındığından bu, tərəflərin ölkə çempionatında ilk görüşü kimi tarixə düşəcək.

Qeyd edək ki, turun digər matçları şənbə və bazar günü keçiriləcək.

Topaz Premyer Liqa
X tur
27 oktyabr (cümə)


19:00. “Qarabağ” - “Səbail”
Hakimlər:
Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
“Azersun Arena”

28 oktyabr (şənbə)

15:00. “İnter” - “Kəpəz”
Hakimlər:
Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov
“İnter Arena”

17:00. “Zirə” - “Qəbələ”
Hakimlər:
Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu

29 oktyabr (bazar)

18:00. “Neftçi” - “Sumqayıt”
Hakimlər:
Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
“Bakcell Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 8 6 1 1 14-4 19
2 Qəbələ 9 6 1 2 12-8 19
3 Zirə 9 5 3 1 16-7 18
4 Sumqayıt 9 4 1 4 10-12 13
5 Neftçi 9 3 1 5 10-9 10
6 Səbail 8 3 0 5 5:12 9
7 İnter 9 2 2 5 7:12 8
8 Kəpəz 9 1 1 7 5-15 4

Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Təmkin Xəlilzadə, ("Zirə") - 4 qol, Riçard Qadze ("Zirə") - 4 qol.

Bütün xəbərlər Facebook səhifəmizdə